DÜNYA
Kanye Uest tam vaksinasiya olunmadan Avstraliyaya buraxılmayacaq
Bakı, 29 yanvar, AZƏRTAC
Avstraliyanın Baş naziri Skott Morrison məşhur amerikalı müğənni Kanye Uesti ölkəyə qastrol səfərindən öncə COVID-19 infeksiyası əleyhinə tam vaksinasiya kursu keçməyin vacibliyi barədə xəbərdar edib.
AZƏRTAC “The Guardian” qəzetinə istinadla xəbər verir ki, Skott Morrisonun xəbərdarlığı Avstraliya hökumətinin vaksinasiya olunmayan serb tennisçisi Novak Cokoviçə “Australia Open” turnirində iştirakına icazə verməyərək onu ölkədən deportasiya etməsindən iki həftə sonra səslənib.
Qeyd edək ki, bir müddət öncə Kanye Uestin mart ayında Avstraliya stadionlarında bir neçə konsert verəcəyi ilə bağlı məlumat yayılmışdı. Müğənninin agentləri Avstraliyanın hökumət başçısının sözlərinə hələlik münasibət bildirməyib. Kanye Uestin vaksinasiya statusu da hələlik məlum deyil.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]