İQTİSADİYYAT
Katerin Geslen-Lanel: FAO Azərbaycanda kənd təsərrüfatı sahəsinin daha da inkişaf etməsi üçün öz dəstəyini əsirgəməməlidir VİDEO
Paris, 25 fevral, AZƏRTAC
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun Parisə səfəri çərçivəsində onunla keçirdiyim görüşdə ölkənizdə aqrar sektorda beş əsas sahə üzrə hazırlanmış strategiyaya dair fikir mübadiləsi apardıq. Azərbaycan və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında çox yaxşı əməkdaşlıq, sıx işbirliyi mövcuddur. FAO bu gün müasirləşmə mərhələsinə qədəm qoymuş Azərbaycanın kənd təsərrüfatı sahəsinin daha da inkişaf etməsi üçün öz dəstəyini əsirgəməməlidir.
Bu fikirləri Fransa və Avropa İttifaqının BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru vəzifəsinə namizəd Katerin Geslen-Lanel AZƏRTAC-a müsahibəsində söyləyib.
Onun sözlərinə görə, Fransanın və Avropa İttifaqının FAO-nun baş direktoru vəzifəsinə namizədi qismində ölkəmizin kənd təsərrüfatı sektorunun inkişafına yardım etmək və mövcud əməkdaşlığı daha da möhkəmləndirmək istəyir.
“Bu sektorun məhsuldarlığını daha da artırmaq lazımdır ki, təsərrüfatçılar öz fəaliyyət sahələrini inkişaf etdirsin, bu sektora sərmayələr yatırılsın, insanlar daha keyfiyyətli məhsullarla təmin olunsun. Həmçinin Azərbaycan kənd təsərrüfatı sahəsini daha da inkişaf etdirməklə öz məhsullarını region, eləcə də dünya bazarlarına asanlıqla çıxara bilsin”, - deyə K.Geslen-Lanel diqqətə çatdırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris