REGİONLAR
Kəlbəcərli arıçılar 195 ton bal süzüblər
Gəncə, 16 avqust, Rauf Hacıyev, AZƏRTAC
Respublikamızın 54 rayonunda məskunlaşmış kəlbəcərlilər torpaqlarının işğal olunmasının yaratdığı çətinliklərə baxmayaraq, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur və bu sahədə artıma nail olmağa çalışırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu ilin birinci yarısında kəlbəcərli arıçıların təsərrüfatında 18066 arı ailəsi qeydə alınıb.
7903 arı ailəsinə (pətəyə) görə Kəlbəcər Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən 79030 manat məbləğində, qalan 10163 arı ailəsinə isə arıçıların məskunlaşdıqları ərazi üzrə Dövlət Aqrar İnkişaf mərkəzləri tərəfindən verilmiş subsidiya onların şəxsi bank hesablarına köçürülüb.
Rayon üzrə bu vaxta kimi 195 ton bal süzülüb. Hazırda arıçıların bal süzümü davam edir.