CƏMİYYƏT


Kənd icmalarında gənclər üçün təşkil edilən maarifləndirmə təlimləri davam edir

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun və NAYORA-nın "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramının "Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi (UYD) tərəfindən “Kənd icmalarında gənclərlə birlikdə sülh və mədəni müxtəliflik naminə maarifləndirmə” layihəsi çərçivəsində növbəti təlimlər Ağsu rayonunda təşkil edilib. Təlimlər zamanı gənclərə təlimçi Fəxri Məmmədzadə tərəfindən sülh və mədəni müxtəliflik dəyərləri aşılanıb.

AZƏRTAC xəbər verir ki, Zaqatala rayon gənclər və idman idarəsinin rəis müavini Rəşad Osmanov gənclərə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4.7-ci hədəfinə xidmət edən təlim mövzusunun əhəmiyyətindən bəhs edib, rayon gəncləri arasında mütəmadi olaraq bu kimi maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin prioritet olduğunu vurğulayıb.

Ağsu Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilati dəstəyi ilə baş tutmuş təlimlərə 30-a yaxın gənc cəlb olunub. Təlimlər zamanı təşkil olunan qrup çalışmaları, simulyasiya oyunları gənclər tərəfindən maraqla qarşılanıb. Tolerantlıq, stiqma və qərəzlilik, problemin həlli, vasitəçilik, səmərəli ünsiyyət, gender və gender stereotipi, mədəniyyətlərarası dialoq kimi mövzuların aşılandığı təlim iştirakçıları sertifikatla təmin olunub.

Məlumat üçün qeyd edək ki, Zaqatala və Ağsu rayonlarında icra olunan layihənin məqsədi dinc cəmiyyətlərdə birgə yaşayışın formalaşdırılması və dayanıqlılığının davam etdirilməsi naminə gəncləri maarifləndirərək onların rolunu artırmaqdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.