MƏDƏNİYYƏT


Kitabxanada müsabiqə qalibləri mükafatlandırılıb

Bakı, 19 sentyabr, AZƏRTAC

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Gəlin, birgə oxuyaq” booktrailer müsabiqəsi və “Mən, Yay, Kitablar - Ən yaxın dostlar” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd kitab və mütaliəyə olan marağı artırmaq və istedadlı uşaqları üzə çıxarmaqdır.

Tədbirdə iştirakçı uşaqların oxuduqları kitablar əsasında çəkdikləri rəsm əsərləri, kitablar sərgilənib və booktrailer müsabiqəsi üçün göndərilən videoçarx təqdim olunub. Müsabiqə iştirakçıları oxuduqları kitablar haqqında çəkdikləri rəsmlər və hazırladıqları videoçarxla bağlı fikirlərini söyləyiblər, yaranmış təəssüratlarına əsasən həmin kitabları öz həmyaşıdlarına tövsiyə ediblər.

Valideynlər çıxışlarında belə tədbirlərin uşaqların dünyagörüşünün formalaşmasına müsbət təsir göstərdiyini, həmçinin kitabxanalara marağın artmasında böyük rol oynadığını bildiriblər.

Sonda müsabiqə qaliblərinə hədiyyələr təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.