MƏDƏNİYYƏT


Kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin test mərhələsinin nəticələri açıqlanıb

Kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin test mərhələsinin nəticələri açıqlanıb

Bakı, 2 dekabr, AZƏRTAC

Mədəniyyət Nazirliyinin sistemində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması məqsədilə Azərbaycan Milli Kitabxanasında təşkil olunan test imtahanında iştirak etmiş namizədlərin nəticələri bəlli olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nəticələrə əsasən, test imtahanında iştirak edən 319 namizəddən 141 nəfəri (44 faiz) keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. 178 namizəd (56 faiz) isə müəyyən edilmiş keçid balından aşağı nəticə göstərməklə müsabiqədən keçməyib.

Namizədlər bu linkə (https://culture.gov.az/az/404) daxil olmaqla iş nömrələri vasitəsilə test imtahanının nəticələri barədə ətraflı məlumat əldə edə bilərlər.

Məlumat üçün bildirək ki, test imtahanından 70 faiz (35 düzgün cavab) nəticə əldə etmiş namizədlər Bakı şəhərində fəaliyyət göstərən kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün, 60 faiz (30 düzgün cavab) nəticə əldə etmiş namizədlər Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə fəaliyyət göstərən kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün, 50 faiz (25 düzgün cavab) nəticə əldə etmiş namizədlər isə digər inzibati ərazi vahidlərində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün müsahibəyə buraxılacaqlar.

Test imtahanından keçmiş namizədlərə müsahibənin proqramı, vaxtı və yeri barədə əlavə məlumat veriləcək.

Nəticələrə dair şikayəti olan şəxslər dekabrın 5-dən 7-dək [email protected] elektron poçt ünvanı vasitəsilə nazirliyin Apelyasiya Şurasına müraciət edə bilərlər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.