DÜNYA
Kiyevdə koronavirusdan ölənlərin sayına görə antirekord qeydə alınıb
Kiyev, 15 sentyabr, AZƏRTAC
Kiyevdə son gündə 11 nəfər koronavirusdan vəfat edib. Bu, şəhərdəki gündəlik ölüm sayına görə yeni antirekorddur. AZƏRTAC xəbər verir ki, bu barədə “Telegram” kanalında şəhər meri Vitali Kliçko yazıb.
Pandemiya başlayandan bəri Kiyevdə 283 ölüm faktı qeydə alınıb.
Ötən gün ərzində paytaxtda 285 yeni koronavirus halı aşkarlanıb. Şəhərdə COVID-19-a 17.714 yoluxma halı təsdiqlənib.
Gün ərzində 59 nəfər sağalıb. Sağalanların ümumi sayı 5385 nəfər təşkil edir.
“Təhlükə xəyal deyil. Onun qarşısını yalnız təhlükəsizlik qaydalarına əməl etməklə almaq olar”, - deyə şəhər meri yazıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kİyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]
Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb
- 10.05.2024 [13:26]