MƏDƏNİYYƏT


Komitə sədri: Ölkəmizdə də turizm sektorunun inkişaf etdirilməsi qarşıda duran mühüm vəzifələrdəndir

Komitə sədri: Ölkəmizdə də turizm sektorunun inkişaf etdirilməsi qarşıda duran mühüm vəzifələrdəndir

Bakı, 10 dekabr, AZƏRTAC

Turizm sahəsi bütün dünyada durmadan inkişaf edir. Ölkəmizdə də turizm sektorunun inkişaf etdirilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Turizm qeyri-neft sektorunun dördüncü qolu kimi mühüm əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlament komitələrinin dekabrın 10-da keçirilən birgə iclasında bildirib.

Komitə sədri diqqətə çatdırıb ki, statistikaya görə, 2019-cu ildə Azərbaycana 2 milyondan çox turist gəlib. Diqqətə çatdırılıb ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından turizmin imkanlarının genişləndirilməsi vacibdir.

“Düşünürəm ki, yeni qanun layihəsi ölkəmizdə turizmin inkişafını sürətləndirəcək”, - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.