MƏDƏNİYYƏT
“Korreksiyaedici sinif” filmi “Artım”da nümayiş ediləcək
Bakı, 11 sentyabr, AZƏRTAC
Bu gün “Artım” layihə məkanında rusiyalı rejissor İvan Tverdovskinin ekranlaşdırdığı “Korreksiyaedici sinif” filmi nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, “Unut bildiklərini, gör mən kiməm” sərgisi çərçivəsində təqdim olunacaq ekran əsəri “bullinq” mövzusundadır.
Xronometrajı 98 dəqiqə olan film əlil arabası ilə hərəkət edən Lena Çexova haqqındadır. O, uzun müddət ev şəraitində təhsil aldıqdan sonra, orta təhsilini davam etdirmək üçün onun kimi müxtəlif əlilliyi olan uşaqların oxuduğu xüsusi məktəbə təyin edilir. Filmin qəhrəmanları ilk sevgi hisslərini keçirməklə yanaşı, həm də həyatda ilk dəfə ətraf dünyanın qəddarlıqları ilə qarşılaşır...
Rus dilində nümayiş ediləcək ekran əsəri saat 19.00-da göstəriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:15]
Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək
- 26.04.2024 [15:11]
Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək
- 26.04.2024 [12:38]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli
- 26.04.2024 [12:35]
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək
- 26.04.2024 [11:53]
Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb
- 26.04.2024 [11:47]