İDMAN


Kriştiano Ronaldo het-triklərinin sayına görə Lionel Messiyə çatıb VİDEO

Bakı, 13 mart, AZƏRTAC

İtaliyanın “Yuventus” futbol klubunun portuqaliyalı hücumçu Kriştiano Ronaldo UEFA Çempionlar Liqasında het-triklərinin sayını 8-ə çatdıraraq Lionel Messinin rekorduna şərik olub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 34 yaşlı portuqaliyalı hücumçu martın 12-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində İspaniyanın “Atletiko Madrid” komandası ilə keçirilən cavab qarşılaşmasında 3 qol vurub. Kriştiano Ronaldo bu het-triklə çempionatda ən çox het-trik edən “Barselona”nın argenitanlı hücumçusu Lionel Messinin rekorduna çatıb. Onların ən yaxın izləyicilərinin aktivində 3 het-trik var.

Qeyd edək ki, portuqaliyalı hücumçu 2018-ci ilin yayında “Real Madrid”dən Turin təmsilçisinə transfer olunub. O, cari mövsümdə 36 oyunda 19 qol vurub və 8 məhsuldar ötürmə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.