CƏMİYYƏT


Küveytdə Azərbaycanın tarixi Qələbəsinə həsr olunmuş avtoyürüş keçirilib

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycanın Küveytdəki “Vətənsevər” diaspor təşkilatının sədri Könül Hacızadənin təşəbbüsü ilə Əl-Küveyt şəhərində Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi münasibətilə avtoyürüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan, Türkiyə və Küveytin bayraqları ilə bəzədilmiş avtomobillər və motosikllər Küveyt qüllələrinin yanından başlayaraq şəhərin mərkəzi küçələri boyunca hərəkət edib. Küveytdəki Azərbaycan icmasının iştirakı ilə təşkil edilən avtoyürüş Azərbaycanın bu ölkədəki səfirliyinin qarşısında başa çatıb.

Bu möhtəşəm yürüşə şahidlik edən yerli jurnalistlər Azərbaycan diasporunun qələbə sevincinə qoşulub, hadisəni işıqlandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.