SİYASƏT
L.Slutski: Dağlıq Qarabağ münaqişəsinin həllini uşaqlarımıza və nəvələrimizə saxlamaq olmaz
Moskva, 19 fevral (AərTAc). Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini bizim nəsil həll etməlidir. Uşaqlarımıza və nəvələrimizə bu problemi saxlamaq olmaz.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə Rusiya Federasiyası Dövlət Dumasının MDB və həmvətənlərlə əlaqələr komitəsinin rəhbəri Leonid Slutski demişdir.
L.Slutski vurğulamışdır ki, tezliklə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində ortaq məxrəc tapmaq üçün səyləri gücləndirmək lazımdır.