DÜNYA
LUÇANO PAVAROTTİ VOKAL DƏRSLƏRİ KEÇƏCƏK
AZƏRTAC xəbər verir ki, Bi-Bi-Si-nin yaydığı xəbərə görə, pensiyaya çıxmış məşhur müğənni, opera tenoru Luçano Pavarotti İtaliyada, doğma şəhəri Modenada vokal ifaçılığı dərsləri deyəcəkdir. Ötən il səhnəni tərk etmiş müğənni Modenadakı Oratsio Vekki Konservatoriyasında ikiillik kurs aparacaqdır.
Pavarottinin sözlərinə görə, kursun dinləyiciləri ödəniş haqqını azaltmaq üçün peşəkar səhnədə çıxışlar edəcəklər. Pavarotti demişdir: “İki il ərzində Modenada yaşamaq üçün pul qazansınlar deyə, onları ilk vaxtlardan peşəkar səhnəyə çıxarmaq lazımdır”.
Dinləyicilər kursları bitirdikdən sonra magistr dərəcəsi alacaqlar.
Pavarotti əvvəllər də bir çox gəncləri dinləmiş, məsləhətlər vermiş, lakin daimi əsasda dərs deməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]