REGİONLAR


Lənkəranda Ermənistanın məhv etdiyi və tarixini saxtalaşdırdığı abidələrimizlə bağlı müzakirələr aparılıb

Lənkəran, 17 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Şəfəq” Ekoturizm İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Ermənistanın məhv etdiyi və tarixini saxtalaşdırdığı abidələrimiz haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün tədbirlərin təşkili” layihəsi çərçivəsində Lənkəran rayonunda mövzu ətrafında müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində məhv edilmiş və tarixi saxtalaşdırılmış abidələr haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdır.

Tədbirin iki günü təlim, bir gün isə Astara və Lənkəran rayonlarının tarixi abidələrinə ekskursiya formatında təşkil edilib.

Təlim məşğələsində 16 rayondan KİV-lərin və QHT-lərin nümayəndələri, dövlət orqanlarının əməkdaşları, ekspertlər iştirak ediblər.

“Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev layihənin məqsədləri barədə danışıb, Ermənistanın işğalçılıq siyasəti nəticəsində tarixi abidələrimizin vəhşicəsinə dağıdılması və tarixinin saxtalaşdırılması ilə bağlı məlumat verib.

Digər çıxış edənlər Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində memarlıq abidələri və Qarabağda aparılmış son arxeoloji tədqiqatlar barədə məlumat veriblər.

Təlimdən sonra iştirakçıların Astaranın Ərçivan kəndindəki Məhəmməd Hənəfiyyə məscidi (XIX əsr), qədim hamam (1806-cı il), Ləm (1906-cı il), Yanar bulaq, Lənkəran şəhərində Dairəvi qala (1747-ci il), Həzi Aslanovun ev muzeyi, Xan evi-Lənkəran Tarix Diyarşünaslıq muzeyi (1913-cü il), Heydər Əliyev xatirə parkına ekskursiyası təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.