REGİONLAR


Lənkəranda cüdo üzrə açıq rayon birinciliyində 120 idmançı mübarizə aparıb

Lənkəran, 17 aprel, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin, Cənub Qarışıq Döyüş Növləri Mərkəzinin birgə təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində keçirilən uşaqlar və yeniyetmələr arasında cüdo üzrə açıq rayon birinciliyi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, üç gün davam edən yarışda Lənkəran və Masallı rayonlarını təmsil edən 120 idmançı qələbə uğrunda mübarizə aparıb.

Açıq rayon birinciliyində 2009-2011-ci il təvəllüdlü uşaqlar və 2006-2008-ci il təvəllüdlü yeniyetmələr 11, 2003-2005-ci il təvəllüdlü yeniyetmələr 9 çəki dərəcəsində yarışıblar.

Komanda hesabında lənkəranlılar birinciliyin qalibi olublar.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Sadiq Həmidov, İdarənin aparıcı məsləhətçisi Ağakişi Baloğlanlı, yarışın baş hakimi Xanağa Quliyev və Cənub Qarışıq Döyüş Növləri Mərkəzinin direktoru, cüdo üzrə Lənkəran rayon yığma komandasının baş məşqçisi Zaur Məmmədov uşaqları və yeniyetmələri qazandıqları uğur münasibətilə təbrik ediblər.

Bildirilib ki, yarışın keçirilməsində məqsəd cənub bölgəsində cüdo idman növünü təbliğ və inkişaf etdirmək, idmançıların təlim-məşq prosesini təkmilləşdirmək, onların idman ustalığını yüksəltmək, güclü və perspektivli idmançıları aşkar etmək, rayonun cüdo üzrə yığma komandasının tərkibini müəyyənləşdirməkdir.

Qaliblərə diplomlar, medallar və hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.