CƏMİYYƏT
Lənkəranda gənclərin yay düşərgəsi keçirilib
Bakı, 29 iyul, AZƏRTAC
Lənkəran Şəhər Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan gənclərin yay düşərgəsinə yekun vurulub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin yaranmasının 28-ci ildönümü münasibətilə 10-16 yaşlı uşaq və yeniyetmələr üçün keçirilən düşərgənin proqramına əsasən, gənclərin müxtəlif sahələr üzrə mütəxəssisləri və Vətən müharibəsi qaziləri ilə görüşlər təşkil edilib. Həmçinin gənclər arasında “Şən startlar” yarışı, intellektual və əyləncəli oyunlar keçirilib.
İştirakçılar Lənkəran Şəhər Heydər Əliyev Mərkəzi, Lənkəran Tarix-Diyarşünaslıq Мuzeyi və Həzi Aslanovun Ev-Muzeyində olub və Azərbaycan tarixində müstəsna xidmətləri olan şəxsiyyətlər haqqında məlumat alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:11]
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib
- 26.04.2024 [14:05]
Ölkə ərazisində sabit hava şəraiti davam edəcək
- 26.04.2024 [14:02]
“Bilim hər yerdə” layihəsi Laçında
- 26.04.2024 [13:47]
“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib
- 26.04.2024 [13:12]