REGİONLAR


Lənkəranlı gənc musiqiçilər Xırdalan 11 illik musiqi məktəbinin qonağı olublar

Sumqayıt, 20 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi məktəbi respublikamızda fəaliyyət göstərən digər uşaq musiqi və incəsənət məktəbləri ilə sıx əlaqələr yaradılmasında maraqlıdır. Növbəti belə əməkdaşlıq əlaqələri Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 nömrəli Uşaq musiqi məktəbi ilə qurulub. Belə ki, Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 nömrəli Uşaq musiqi məktəbinin kollektivi Xırdalan şəhər 11 illik musiqi məktəbində konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, konsert proqramından əvvəl çıxış edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev belə əlaqələrin yaradılmasının vacibliyini vurğulayıb.

Xırdalan şəhər 11 illik musiqi məktəbinin direktoru, Əməkdar müəllim İkram Manafov və Lənkəran şəhər C.Cabbarlı adına 1 nömrəli Uşaq musiqi məktəbinin direktoru Camal Həsənov bu əlaqələrin davamlı olacağını bildiriblər.

Sonra “Şuşa İli” çərçivəsində hazırlanan proqrama əsasən, “Əziz Şuşa, sən azadsan!" adlı konsert təqdim olunub. Qonaqların hazırladığı rəngarəng konsert proqramı alqışlarla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.