İDMAN
Livanın “autosport.me” portalında Bakıda keçiriləcək “Formula-1” yarışı ilə bağlı videoçarx yerləşdirilib VİDEO
Bakı, 31 yanvar, AZƏRTAC
Livanın “autosport.me” portalında Azərbaycan tarixində ilk dəfə bu ilin iyununda Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışı ilə bağlı təbliğat videosu yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, avtoidman yarışları sahəsində tanınmış saytın təqdim etdiyi “Formula-1” Bakısının treklərinə ilk baxış” adlı videoçarxda treklərin keçiriləcəyi yollar, məkanlar xüsusi diqqətə çatdırılıb. Bununla yanaşı, paytaxtımızın görməli yerləri, turizm potensialı da çarxda ətraflı təqdim olunub.
“Formula-1”Avropa Qran-pri yarışı üçün tras şəhərin landşaftına çox gözəl uyğunlaşdırılıb. Bu da yarışların həddindən artıq sürətli və baxımlı olacağını vəd edir. Start-finiş xətti məşhur Bakı bulvarı ilə Hökumət evinin arasında olacaq.
Videçarxa aşağıdakı link vasitəsilə baxmaq mümkündür: https://www.youtube.com/watch?v=Si7JAAq_-7M