DÜNYA
Liviya sahillərində qayığın batması nəticəsində azı 100 miqrant ölüb
Qahirə, 23 aprel, AZƏRTAC
Aralıq dənizinin Liviya sahillərində qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində azı 100 nəfərin boğularaq öldüyü bildirilir.
AZƏRTAC xəbər verir ki, “Ocean Viking” axtarış-xilasetmə qrupunun rəhbəri Luiza Albera yardım gəmisinin Tripoli yaxınlığında fəlakət yerinə çatdığını bildirib. Onun sözlərinə görə, rezin qayıqda Afrikanın müxtəlif ölkələrindən Avropaya gedən 130-dan çox miqrant olub. Albera qeyd edib ki, “My Rose” adlı ticarət gəmisi və “Frontex” təyyarəsi dənizdə çoxlu sayda insan cəsədləri aşkar ediblər.
Bu məlumatdan sonra Beynəlxalq Miqrasiya Təşkilatının rəhbəri Yuginyo Ambrosi dənizdən 100 insan cəsədinin çıxarıldığını, qalan miqrantların axtarışının davam etdiyini deyib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]