ELM VƏ TƏHSİL


Logistika və təchizat zənciri sahəsi üzrə proqramlara əsaslanan təlimlər yekunlaşıb

Bakı, 29 iyun, AZƏRTAC

Təhsil İnstitutunun “SABAH Magistratura” proqramı çərçivəsində müəllimlərin tədris prosesində tətbiq edə biləcəkləri logistika və təchizat zənciri sahəsi üzrə proqramlara əsaslanan təlimləri yekunlaşıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu sahədə bilik və bacarıqların artırılması məqsədilə təşkil olunan təlimlərin əsas mövzuları tədarük zəncirlərinin idarə olunması zamanı istifadə edilən riyazi metodlar, anbar ehtiyatlarının idarə edilməsi, satınalma və beynəlxalq təchizat, maliyyə anlayışları və s. olub.

Təlimlərdə spiker qismində “Amazon” şirkətinin Avropa İttifaqı üzrə mərkəzində simulyasiya üzrə data mühəndisi vəzifəsində çalışan Yaşar Əhmədov çıxış edib. Təlimlərdən Azərbaycan Texniki Universitetinin əməkdaşları faydalanıb.

İnstitut tərəfindən təlimləri uğurla bitirən şəxslərə sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.