MƏDƏNİYYƏT
“Lyusi” döyüş filminin nümayişi olub
Bakı, 12 sentyabr (AZƏRTAC). Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema”da jurnalistlər və ictimaiyyət nümayəndələri üçün “Lyusi” döyüş filminin nümayişi olub.
AZƏRTAC xəbər verir ki, ABŞ və Fransanın birgə istehsalı olan filmin süjetinin mərkəzində gözəl və döyüşkən Lyusi adlı qadın durur.
Koreya mafiyasının əlinə düşən Lyusi narkokuryer olmalıdır. Lakin narkotiklər onun orqanizminə düşür və onu əsl döyüş maşınına, fövqəltəbii bacarıq və ağlı ilə planetin ən təhlükəli və məhvedici vücuduna çevirir. Dünyanın ən yaxşı alimləri bunu inanılmaz nəzəriyyə sayarkən o gerçək olur. Lyusi, qurbandan ovçuya çevrilir.
Rejissoru Luk Bessonun çəkdiyi filmdə baş qəhrəman obrazını Skarlett Yoxansson canlandırıb. Rollarda aktyorlar Morqan Friman, Anali Tipton, Çxve Min Sik, Amr Vakid, Meyson Li və başqaları çəkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]