MASALLIDA QƏHRƏMAN ANANIN 80 İLLİK YUBİLEYİ QEYD EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Masallı rayonunun Göyəçöl kəndində 11 uşaq doğub tərbiyə etmiş qəhrəman ana, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Züleyxa Əsgəralı qızı Həsənovanın 80 illik yubileyi qeyd edilmişdir.
Mərasimdə çıxış edənlər ağbirçək ananın keçdiyi sadə və şərəfli ömür yolunun gənclərimizə örnək olduğunu vurğulamış, yaşlı nəslin nümayəndələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin yubilyara ünvanladığı təbrik məktubu oxunmuş, Qəhrəman anaya xatirə hədiyyələri təqdim edilmişdir.