ELM VƏ TƏHSİL


MEK-in əməkdaşları "Wiki GAP" layihəsində təlimçi qismində iştirak ediblər

MEK-in əməkdaşları

Bakı, 6 mart, AZƏRTAC

ADA Universitetində İsveçin Bakıdakı səfirliyi bu ali məktəbin Kommunikasiya və Rəqəmsal Media Proqramı və “Wikimedia” Azərbaycan Cəmiyyəti ilə birgə "Wiki GAP" layihəsini həyata keçirib. "Gəlin internetdəki gender ayrımını bağlayaq" şüari ilə keçirilən təlim 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunub.

Tədbirdə AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Milli rəqəmsal yaddaş və elektron resurslar şöbəsinin baş mütəxəssisləri Sura Məmmədova və Xəyalə Məmmədli iştirak ediblər.

MEK-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində ADA Universitetinin azərbaycanlı və xarici tələbələrinə ölkəmizin tanınmış qadın şəxsiyyətləri, mütəxəssisləri və rol modelləri haqqında “Vikipediya”da məqalələrin yaradılması, redaktəsi təlimləri keçirilib.

Sonda layihə iştirakçıları sertifikat və hədiyyələrlə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.