MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİNDƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində Türkiyə, İran və Çinin ölkəmizdəki səfirliklərinin nümayəndələri ilə görüş keçirilmişdir.
Öncə, bu ali məktəbdə təhsil alan əcnəbi tələbələrin əl işlərindən ibarət təşkil edilmiş sərginin açılışı olmuş və iştirakçılara sərgi haqqında ətraflı məlumat verilmişdir.
Görüşdə diplomatik korpusun təmsilçiləri öz ölkələri ilə Azərbaycan arasındakı təhsil əlaqələrindən danışmış və bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulamışlar.
Onlar, tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək, xoş arzularını çatdırmışlar.
Sonra tələbələrin ifasında maraqlı konsert proqramı nümayiş etdirilmişdir.