SİYASƏT
MİNGƏÇEVİRDƏ ÜMUMŞƏHƏR MİTİNQİ
Zəmanəmizin böyük dövlət və siyasi xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasının 34-cü ildönümü münasibətilə Mingəçevirdə ümumşəhər mitinqi keçirilmiş, musiqili-əyləncəli bayram gecəsi təşkil olunmuşdur.
Şəhər İcra hakimiyyətinin başçısı Məhəbbət Qarabağlı “Azərbaycan intibahının başlanğıcı və milli dövlət müstəqilliyinə aparan yol” mövzusunda nitq söyləmiş, Heydər Əliyevin ölkəmizə rəhbərliyinin ayrı-ayrı dövrləri barədə geniş məlumat verərək, qarşıdan gələn prezident seçkilərində mingəçevirlilərin mütləq əksəriyyətinin ölkəmizdə ictimai-siyasi sabitliyin, sosial, iqtisadi tərəqqinin, sivil dünya birliyinə inteqrasiyasının yeganə təminatçısı olan Heydər Əliyevə səs verəcəklərinə əminliyini bildirmişdir.
Tədbir şəhər bədii özfəaliyyət kollektivlərinin konserti və idmançıların nümunəvi çıxışları ilə başa çatmışdır.