SİYASƏT
MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ BU YAXINLARDA REGİONA SƏFƏR EDƏCƏKLƏR
ATƏT-in Minsk qrupunun həmsədrləri bu qərarı martın 7- də Vaşinqtonda başa vurduqları müzakirələrdən sonra qəbul ediblər.
Həmsədrlər iki günlük danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün tərəflərə təqdim olunacaq yeni təklif ətrafında fikir mübadiləsi aparmışlar. Qapalı keçirilən müzakirələr haqqında məlumat verən Dövlət departamentinin rəsmisi AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, «bu, həmsədrlərin mütəmadi keçirdikləri müzakirələrin növbəti mərhələsi idi. Danışıqlarda tərəflərə təklif ediləcək nizamlama variantı və bu yaz bölgəyə səfərə dair planlar müzakirə olunmuşdur».
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton