SİYASƏT
MİNTİMER ŞAYMİYEV (Tatarıstanın Prezidenti):
HEYDƏR ƏLİYEVİN SOVET SİSTEMİ ŞƏRAİTİNDƏ RESPUBLİKASI, XALQI ÜÇÜN GÖRDÜYÜ İŞLƏR HAMIMIZDA HEYRANLIQ, BƏLKƏ DƏ, BİR QƏDƏR QİBTƏ HİSSİ DOĞURMUŞDU
Siz tükənməz enerjiyə, adamlarla işləmək bacarığına maliksiniz, lakin lazım gələrsə, məqsədə çatmaq naminə çox qəti mövqe tutmağı da bacarırsınız.
Biz tarixi bir məqamın şahidləriyik, çünki hesab edirik ki, insanı hələ sağlığında ikən layiqincə qiymətləndirmək, onun qədrini bilmək qeyri-mümkündür. Axı, bir ara iş elə gətirdi ki, təəssüflər olsun, Azərbaycan xalqı müəyyən dövrdə Əliyevi itirdi. Bu itkinin qiymətini, nə demək olduğunu hamı hiss etdi. Mən qəti əminəm ki, dövlət rəhbəri üçün bütün lazımi keyfiyyətlərə malik belə çox zəngin təcrübəli insan məhz həmin dövrdə, bütün cəmiyyətin yenidən qurulduğu bir dövrdə son dərəcə gərək idi.
Yaxşı ki, həmişə müdrik olan xalq həmin o çox mürəkkəb vaxtda, münaqişəli vəziyyətin ən qızğın çağında məhz Sizə çox böyük etimad göstərdi”.
noyabr 1996-cı il.