SİYASƏT
MOLDOVA PAYTAXTINDA “AZƏRBAYCAN EVİ” BAYRAMI
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 19-da Moldova Azərbaycanlıları Konqresinin (MAK) himayəsi ilə şəhərin Milli Mərkəzi parkında “Azərbaycan evi” milli mədəniyyət bayramı keçirilmişdir. Bayramda Moldova ali siyasi rəhbərliyinin nümayəndələri, Kişinyovun meri Serafim Urekyanu, parlamentin deputatları, “LUKoyl-Moldova” şirkətinin baş direktoru Firuz İsayev iştirak edirdilər.
MAK-ın nümayəndəsi Mehman İsmayılov Azərbaycanın Kişinyovdakı səfiri Tələt Əliyevin adından Moldova tərəfinə xatirə hədiyyələri təqdim etmiş və Azərbaycan-Moldova münasibətlərinin daha da möhkəmlənməsini arzulamışdır.
Gözəl “Yallı” və “Vağzalı” rəqsləri bayrama xüsusi rövnəq vermişdir.