SİYASƏT
Macarıstan XİN-in başçısı: Mən Azərbaycanda tərəqqini izləməyi çatdıra bilmirəm VİDEO
Budapeşt, 15 fevral, AZƏRTAC
Azərbaycana səfərlərimin xoş xüsusiyyətlərindən biri budur ki, mən bu ölkədə tərəqqini izləməyi çatdıra bilmirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Macarıstanın Xarici İşlər naziri Piter Siyyarto iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının yeddinci plenar iclasını açarkən söyləyib.
Siyyartonun sözlərinə görə, Azərbaycana tez-tez gedir, lakin o, hər dəfə yeni şəhərə və yeni ölkəyə gəlir, çünki əvvəlki səfəri zamanı gördükləri artıq “köhnəlmiş” olur.
Nazir plenar iclas iştirakçılarının alqış sədaları altında deyib: “Bu, ölkənizin sizin həqiqətən qürur duya biləcəyiniz xüsusiyyətlərindən biridir”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt