QAN YADDAŞI


Macarıstanda keçirilən anım tədbirində 20 Yanvar faciəsinin dəhşətlərindən danışılıb

Budapeşt, 18 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində 20 Yanvar faciəsinin 29-cu il dönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə azərbaycanlı tələbələr və diaspor üzvləri, Macarıstanın təhsil müəssisələrinin nümayəndələri, bu ölkədə təhsil alan xarici vətəndaşlar, həmçinin yerli KİV-lərin təmsilçiləri iştirak ediblər.

Tədbiri açan səfir Vilayət Quliyev 20 Yanvar faciəsi ilə bağlı iştirakçılara məlumat verib. O, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən 29 il keçdiyini diqqətə çatdırıb. Səfir ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığı barədə danışıb.

Sonra səfirliyin birinci katibi E.Rəhimov təqdimatla çıxış edərək Qanlı Yanvar faciəsinin tarixi barədə ətraflı məlumat verib və statistik rəqəmləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra tanınmış macar jurnalist və hərbi məsələlər üzrə ekspert, 1990-cı ildə hakim Macarıstan Xalq Fəhlə Partiyasının orqanı “Nepsabadşaq” qəzetinin Moskva müxbiri olan və 20 Yanvar hadisələri ilə bağlı bu qəzetdə silsilə məqalələr çap etdirən Peter Dunai (həmin məqalələr iki il əvvəl səfirlik tərəfindən tərcümə olunub və 20 Yanvar faciəsinin 27-ci il dönümü ilə əlaqədar “Azərbaycan” qəzetində dərc edilib) xatirələrini bölüşüb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və “Son iclas” sənədli filmi nümayiş etdirilib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.