İQTİSADİYYAT
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 11 iyun, AZƏRTAC
İyunun 11-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 20 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 95.5931 AZN (10.5 faiz) və 101.8365 AZN (7 faiz) olan 26 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 101.2810 AZN (7.3 faiz), orta ölçülmüş qiyməti 101.5328 AZN (7.1637 faiz) müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 96 milyon 83 min 300 AZN, yerləşdirilmiş həcmi isə 20 milyon AZN olub.
İstiqrazlar 2021-ci il iyunun 8-də ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]