İQTİSADİYYAT
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
Bakı, 29 iyun (AZƏRTAC). Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Sifariş 1 sərmayədar tərəfindən təqdim olunmuşdur. Sifarişin nominal üzrə məbləği 2 milyon manat təşkil etmişdir.
İstiqraz vərəqələrinin ödəmə tarixi 2015-ci il iyunun 26-dır.