SİYASƏT
Maltanın sabiq Baş naziri: Azad olunmuş ərazilərdə iqtisadi inkişaf üçün işlər görülür
Şuşa, 7 iyun, AZƏRTAC
Azərbaycanda azad olunmuş ərazilərdə iqtisadi inkişaf üçün işlər görülür, iş yerləri açılır, binalar bərpa edilir və ya yenidən inşa olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 7-də Şuşada keçirilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda beynəlxalq tədbirdə Maltanın sabiq Baş naziri Cozef Muskat deyib.
“Düşünürəm ki, bu, həm bölgənin, həm də Azərbaycanın iqtisadi inkişafına daha çox kömək edəcək”, - deyə o bildirib.