İDMAN
Mark Markes növbəti dəfə “MotoGP” sinfində dünya çempionu olub
Madrid, 22 oktyabr, AZƏRTAC
“Repsol Honda” komandasını təmsil edən ispaniyalı motoyürüşçü Mark Markes oktyabrın 21-də keçirilmiş Yaponiya Qran-Prisində qələbə sayəsində yeddiqat dünya çempionu və beşinci dəfə “MotoGP” sinfində ən yaxşı motoyürüşçü olub.
AZƏRTAC xəbər verir ki, M.Markes əsas rəqibi Andrea Dovitsiozodan 102 xal çox toplayaraq finala hələ üç mərhələ qalmış şəxsi hesabda liderliyini təmin edə bilib. 25 yaşlı motoyürüşçü dalbadal doqquz mövsümdür dünya çempionatında çıxış edir və bu müddət ərzində “MotoGP” sinfində ən gənc beşqat çempion olub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]
Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar
- 26.04.2024 [12:38]
Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb
- 26.04.2024 [11:53]
Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ
- 26.04.2024 [11:46]
Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub
- 26.04.2024 [11:24]
“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib
- 26.04.2024 [10:55]