Martın 14-də Azərbaycanda COVID-19 əleyhinə 480 doza vaksin vurulub
AzerTAg.az

Bakı, 14 mart, AZƏRTAC
Martın 14-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 480 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 188, ikinci doza vaksinlərin sayı 58, üç və daha çox doza vaksinlərin sayı 197, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 37-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 951 min 923, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 405 min 257, ikinci mərhələ üzrə 4 milyon 879 min 551, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 401 min 315, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 800-dür.
Xəbərin mətnində orfoqrafik səhv var