REGİONLAR


Masallıda azadlıq mücahidlərinin xatirəsi yad edilib

Masallı, 20 yanvar, Bağır Əliyev, AZƏRTAC

Yanvarın 20-də Masallı şəhərindəki “Qəhrəmanlar parkı”nda 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə keçirilən ümumrayon tədbirində azadlıq mücahidlərinin xatirəsi ehtiramla yad edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri, məktəblilər, ziyalılar, İkinci Dünya və Qarabağ müharibəsinin veteranları və ictimaiyyətin təmsilçiləri 20 Yanvar şəhidlərinin abidəsi önünə əklillər, gül dəstələri düzüblər.

Anım mərasimində qeyd olunub ki, 1990-cı il yanvarın 19-da Bakıya sovet ordusunun hərbi hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciə ilə nəticələndi. Bu, xalqımıza qarşı soyqırımı, haqqa-ədalətə vurulan ağır zərbə, bəşəriyyətə, humanist ideyalara yönələn terror aktı idi.

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifələri kimi daxil olmuş həmin faciəli günlərdə öz ölkəsinin, xalqının, azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canından keçərək şəhidlik zirvəsinə yüksəldilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.