REGİONLAR
Masallıda futbol üzrə rayon turniri başa çatıb
Masallı, 25 aprel, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunun Gəyəçöl kənd stadionunda aprelin 18-də startı verilən futbol üzrə rayon turniri başa çatıb. Turnir Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş Əlizadə Eynullayevin xatirəsinə həsr edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda altı komanda qələbə uğrunda mübarizə aparıb.
Turnirin yekun nəticələrinə əsasən “Xıl” komandası birinci, Gəyəçöl kəndinin gənclərdən ibarət komandası ikinci, həmin kəndin veteranlardan ibarət komandası isə üçüncü yeri tutub.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [13:05]
Naxçıvanda iki gənc göldə boğulub
- 09.05.2024 [23:02]
Neftçalada yol qəzası olub, xəsarət alanlar var
- 09.05.2024 [20:44]
Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib
- 09.05.2024 [19:21]