REGİONLAR
Masallıda intellektual bilik yarışının qalibləri mükafatlandırılıb
Masallı, 3 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 3-də Masallı Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə ASAN İntellektual İnkişaf Mərkəzində “COVID-19” pandemiyasına qarşı əsas müdafiə tədbirlərinə əməl olunmaqla, Milli Qurtuluş Gününə həsr olunmuş yeniyetmələr arasında “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bilik yarışmasının yekun nəticəsinə əsasən, “Bala Kolatan” komandası birinci, “Xıl” komandası ikinci, “Böyük Xocavar” komandası üçüncü yerə layiq görülüb. Yarışda fərqləndiyinə görə “Zəka” komandasının üzvləri diplomla mükafatlandırılıb.
İntellektual bilik yarışmasında qalib gəlmiş komandaların üzvlərinə kubok və diplomlar təqdim olunub.