REGİONLAR
Masallıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
Bakı, 18 iyul, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Masallı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihələrdə cins heyvandarlıq, kartofçuluq, istixana, intensiv bağçılıq və çayçılıq təsərrüfatlarının yaradılması; meyvəqurutma müəssisələrinin yaradılması nəzərdə tutulub.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondu Masallı rayonunun Dəlləkoba kəndində işgüzar forum keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [13:05]
Naxçıvanda iki gənc göldə boğulub
- 09.05.2024 [23:02]
Neftçalada yol qəzası olub, xəsarət alanlar var
- 09.05.2024 [20:44]
Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib
- 09.05.2024 [19:21]