CƏMİYYƏT


Mayın 19-da Azərbaycanda COVID-19 əleyhinə 3 min dozadan çox vaksin vurulub

Bakı, 19 may, AZƏRTAC

Mayın 19-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 3 min 197 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 348, ikinci doza vaksinlərin sayı 451, üç və daha çox doza vaksinlərin sayı 2 min 170, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 228-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 698 min 183, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 344 min 904, ikinci mərhələ üzrə 4 milyon 845 min 785, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 263 min 579, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 243 min 915-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.