REGİONLAR


Mədəniyyət xadimləri ilə keçirilən görüş ulu öndər Heydər Əliyevin başladığı ənənənin davamıdır

Astara, 10 mart, Bağır Əliyev, AZƏRTAC

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü ümummilli lider Heydər Əliyevin başladığı ənənənin davamıdır. Ulu Öndər istedadlı gənclərin aşkara çıxarılmasına kömək göstərməklə yanaşı, sənət adamları ilə də sıx əlaqə saxlayar, onlarla vaxtaşırı görüşərdi.

Bu fikri Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib.

O, Azərbaycan muğamının, aşıq sənətinin, qeyri-maddi mədəni irs nümunəsi olan Novruz bayramının, Azərbaycanın xalça sənətinin, tar ifaçılıq sənətinin, “Dədə Qorqud” irsinin, ümumilikdə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə müxtəlif siyahılarına Azərbaycan xalqının 13 qeyri-maddi mədəni irs nümunəsinin salınmasını, eləcə də görkəmli mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsini Azərbaycanın mədəniyyətinə, sənət adamlarına göstərilən qayğı və diqqətin təzahürü kimi dəyərləndirib.

Ölkəmizdə mədəniyyət ocaqlarının və tarixi abidələrin təmir olunduğunu, Azərbaycan mədəniyyətinin dünyada geniş təbliğ edildiyini, respublikamızda beynəlxalq müsabiqələrin və incəsənət festivallarının keçirildiyini vurğulayan Şadoğlan Bayramov bu sahədə gənclərə daha çox önəm verildiyini, mədəniyyətimizin gələcək inkişafı üçün təməl prinsipin artıq formalaşdığını diqqətə çatdırıb.

Müsahibimiz deyib: “Biz, mədəniyyət işçiləri Prezident İlham Əliyevi Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın milli mədəniyyətimizə, folklorumuza, tariximizə, dilimizə, incəsənətimizə göstərdiyi qayğı xalqımız tərəfindən böyük razılıq və rəğbət hissi ilə qarşılanır.

Dövlətimizin başçısının çıxışında Azərbaycanın uğurlu inkişafının gənc nəslimizin milli ruhda tərbiyə olunması, mədəniyyətimiz, incəsənətimiz, ədəbiyyatımız, ana dilimiz və milli təfəkkürümüzlə sıx bağlı olduğunu qeyd etməsi istedadlı gənclərimizə, mədəniyyət və incəsənətimizi inkişaf etdirən sənət adamlarımıza göstərilən etimad və diqqətin nəticəsidir.

Mədəniyyət və incəsənət xadimləri ilə görüşlərin keçirilməsi, bu sahədə olan problemlərin həll edilməsi müvafiq sahənin inkişafına dövlətin qayğı göstərdiyini sübut edir. Bütün bunlara görə dövlətimizin başçısına minnətdarlığımızı bildiririk”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.