MƏDƏNİYYƏT


“Medeya. Sekvensiya 001” maraqla qarşılanıb

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət “YUĞ” Teatrının yaradıcı kollektivinin təqdimatında “Medeya. Sekvensiya 001” tamaşası nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.

Apokrifik etiraf janrında hazırlanan tamaşada rolları teatrın aktyorları Əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova ifa edib. A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunan tamaşa Medeyanı oynamağa cəhd edən iki aktrisa arasında dialoq üzərində qurulub: biri - uşaqlarını öldürməmişdən öncə, o biri - öldürdükdən sonra.

Tamaşa aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.