DÜNYA


Məhəmməd Cavad Zərif: Müharibəni başlayan tərəf onu başa çatdıra bilməyəcək

Tehran, 22 sentyabr AZƏRTAC

Müharibəni başlayan tərəf onu başa çatdıra bilməyəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın CBS televiziya kanalına verdiyi müsahibəsində deyib.

Nazir bildirib ki, heç bir halda İran hərbi əməliyyatlara birinci başlamayacaq. Lakin siyasi hadisələrin təhlili onu göstərir ki, proses hərbi əməliyyatları yaxınlaşdırır.

M.C.Zərif müharibənin baş verməyəcəyindən əmin olmadığını bildirib. O qeyd edib ki, vəziyyət çox gərgindir. Amma bir məsələ aydındır ki, müharibəni başlayan tərəf onu uğurla başa çatdıran tərəf olmayacaq.

Xatırladaq ki, İranın Xarici İşlər naziri M.C.Zərif BMT-nin Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyasında iştirak edir. Bu gün Prezident Həsən Ruhani də Nyu-Yorka yola düşəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.