Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Məhkəmə-hüquq sistemi müasir çağırışlara uyğun təkmilləşir VİDEO

Sumqayıt, 24 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sentyabrın 24-də Ədliyyə Nazirliyi və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən Sumqayıt Məhkəmə Kompleksində “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sisteminin inkişafı: çağırışlar, islahatlar və innovasiyalar” mövzusunda ictimai təqdimat keçirilib. Tədbirdə ədliyyə nazirinin müavini Toğrul Musayev, Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, deputatlar, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, təqdimatdan öncə ümummilli lider Heydər Əliyevin kompleksdəki barelyefi önünə gül dəstələri qoyularaq, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbir iştirakçıları Sumqayıt Məhkəmə Kompleksində yaradılan müasir şəraitlə, o cümlədən ictimai və inzibati zonalar, məhkəmə iclas zalları, hakimlər üçün və digər otaqlarla, “Elektron məhkəmə” informasiya sistemi və tətbiq edilən rəqəmsal innovasiyalarla tanış olublar.

Sonra kompleksin akt zalında keçirilən ictimai təqdimatda əvvəlcə ədliyyə və məhkəmə sistemində innovasiyalara dair videoçarx nümayiş etdirilib. Bildirilib ki, nazirlik tərəfindən aparılan on minlərlə normativ sənədi ehtiva edən “Hüquqi aktların vahid elektron bazası” vasitəsilə hər kəs ödənişsiz olaraq, ani rejimdə qanunvericilik aktlarını əldə edə bilir. Böyük Zəfər nəticəsində işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi, həmçinin vətəndaşlara və dövlət orqanlarına zəruri xidmətlərin göstərilməsi məqsədilə 1500-ə yaxın icra hakimiyyəti nümayəndəliyinin nazirliyin informasiya resurslarına qoşulması ilə bölgə əhalisi barədə məlumatların elektron formatda, çevik və dəqiq qeydə alınması mümkün olub. Eyni zamanda, icra hakimiyyəti nümayəndəliklərinin "Elektron notariat" informasiya sisteminə qoşulması kənd təsərrüfatı təyinatlı torpaqların fermerlərin istifadəsinə verilməsini xeyli asanlaşdırıb. Ölkəmizin xaricdəki konsulluqlarının e-notariat sistemi vasitəsilə xidmətlər göstərməsi soydaşlarımızın rahatlığına yönəlib.

Həmçinin məlumat verilib ki, bələdiyyə fəaliyyətinin səmərəliliyinin artırılması, vətəndaşların bələdiyyələrə əlçatanlığının təmin olunması məqsədilə bələdiyyələrlə bağlı xüsusi portal hazırlanıb. Bununla yanaşı, vergi, sığorta, aliment və digər borclar üzrə məhkəmə qərarlarının çevik icrası məqsədilə ödənişlərin birbaşa bank hesablarına yönəldilməsi təşkil olunmaqla, bu sahədə işin səmərəsi xeyli artıb. “Elektron məhkəmə” informasiya sisteminin prokurorluq orqanlarına inteqrasiyası ədalət mühakiməsinin daha səmərəli və çevik həyata keçirilməsinə imkan yaradıb.

Dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahədə uğurlu siyasətinə dəstək olaraq dövlətin pulsuz dərmanla təmin etdiyi kimsəsiz şəxslərə həmin dərmanları əldə etmələri üçün müvafiq etibarnamənin elektron qaydada ödənişsiz verilməsi təşkil olunub.

Banklarda notariat xidmətlərinə ehtiyac duyulduqda bu hərəkətlərin dərhal yerində video-əlaqə vasitəsilə rəsmiləşdirilməsi imkanı yaradılıb. Eyni xidmətlər, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan böyük sosial əhəmiyyətə malik “DOST” mərkəzlərində də göstərilir. “Mobil notariat” da təkmilləşdirilərək məhkəmədə təmsilçilik üçün vəkilə verilən etibarnamənin notariata getmədən telefonla rəsmiləşdirilməsi mümkün olub.

Ədliyyə nazirinin müavini Toğrul Musayev çıxış edərək tədbirin qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları arasında səmərəli əməkdaşlığın inkişafına, qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb. Bildirib ki, dövlətimiz, xalqımız, qəhrəman ordumuz Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı qələbə qazanıb. Bu qələbə sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa edib, torpaqlarımız erməni işğalından azad olunub və bölgədə yeni reallıqlar yaranıb. Dövlətimizin başçısı BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində tutarlı və konkret faktlara əsaslanan tarixi çıxışı ilə bu barədə həqiqətləri dünya ictimaiyyətinin nəzərinə bir daha çatdırdı.

Qeyd olunub ki, bu gün ölkəmiz özünün ən qüdrətli dövrünü yaşamaqla, tarixinin çox önəmli və məsuliyyətli mərhələsinə qədəm qoyub. Prezidentimizin siyasi iradəsi ilə işğaldan azad edilmiş ərazilərdə artıq çoxşaxəli abadlıq-quruculuq işləri aparılır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəcib təşəbbüsləri ilə mühüm sosial layihələr həyata keçirilir. Hərbçilərimiz, şəhid ailələri, qazilərimiz dövlət qayğısı ilə daim əhatə olunub.

Nazir müavini Azərbaycanın sosial-iqtisadi inkişafında qanunun aliliyinin təmin olunmasının və məhkəmə-hüquq islahatlarının aparılmasının xüsusi önəmini vurğulayaraq, dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının bu sahədə mühüm “yol xəritəsi” olduğunu və müasir çağırışlara uyğun islahatların davam etdirildiyini diqqətə çatdırıb. Həmçinin məhkəmə-hüquq sistemində şəffaflığın artırılmasının Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən olduğu və bu istiqamətdə nazirlik tərəfindən zəruri işlərin görüldüyü vurğulanıb.

Dövlətimizin başçısının iştirakı ilə bu ay Sumqayıt Məhkəmə Kompleksinin, cari ilin mayında isə Suraxanı Rayon Məhkəməsinin yeni binasının istifadəyə verildiyini, həmçinin açılış zamanı Masallı rayonunda inşa olunmuş Məhkəmə Kompleksinin virtual təqdimatının keçirildiyini bildirən T.Musayev məhkəmə-hüquq sisteminə dair yeni-yeni inzibati binaların inşasının ölkədə hüquqa, ədalətə və demokratik inkişafa dövlətin xüsusi qayğılı yanaşmasının göstəricisi olduğunu vurğulayıb. Məlumat verilib ki, son 17 ildə dövlət büdcəsi hesabına və Dünya Bankının iştirakı ilə paytaxtda və bölgələrdə ümumilikdə 35 məhkəmə, bir o qədər də ədliyyə qurumu üçün yeni, müasir bina və komplekslər tikilərək istifadəyə verilib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Sumqayıt Məhkəmə Kompleksinin müasir binası ilə tanışlıqdan xoş təəssüratlarını bölüşərək kompleksin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun inşa olunduğunu vurğulayıb. Bildirib ki, hakimiyyətin üç qolu arasında səmərəli qarşılıqlı əlaqələr mövcuddur. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi məhkəmə-hüquq sistemi ilə çox sıx əməkdaşlıq həyata keçirir, yeni qanun lahihələrinin müzakirəsi və qəbuluna öz töhfəsini verir.

Komitənin sədri parlamentin, həmçinin Məhkəmə-Hüquq Şurasında təmsil olunmaqla ölkəmizdə məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində də iştirak etdiyini bildirib. O, dövlətimizin başçısının 2019-cu ildə imzaladığı Fərmanla bu sahədə islahatların yeni mərhələyə qədəm qoyduğunu qeyd edərək, görülən tədbirlər barədə məlumatlılığın artırılmasının əhəmiyyətini vurğulayıb.

Tədbirdə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurası Aparatının rəhbər vəzifəli şəxslərinin məhkəmə-hüquq sistemində islahatlara, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsi, məhkəmə qərarlarının icrası işinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlərə və tətbiq olunan innovasiyalara dair çıxışları dinlənilib, müzakirələr aparılıb.

Məlumat verilib ki, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, məhkəmə sistemində islahatlar uğurla davam etdirilir. Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində kommersiya məhkəmələrinin təşkili, cəza siyasətinin humanistləşdirilməsi, cinayətlərin dekriminallaşdırılması, məhkəmə qərarlarının icrası işinin və məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və digər məsələlərlə bağlı qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə, həmçinin ictimaiyyətin təklifləri və rəyləri nəzərə alınmaqla çoxsaylı normativ aktın layihəsi işlənib hazırlanıb, dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə Milli Məclis tərəfindən bir çox yeni qanunlar qəbul edilib.

Cari ildə də bu sahədə tədbirlərin davam etdirildiyi, kiçik iddialar (sadələşdirilmiş icraat) üzrə prosedur qaydalarının, məhkəmə iddialarının baxılma müddətlərinin, habelə məhkəmə proseslərinin təxirə salınması üzrə maksimum say və təxirəsalınmasının xüsusi hallarının tətbiqi, kommersiya mübahisələri üzrə ilkin iddialarla bağlı müəyyən sənədlərin kağız daşıyıcılarda təqdim olunmasına dair yeni qanun layihələrinin artıq qəbul olunduğu vurğulanıb. Həmçinin məhkəmələrin iş yükünün azaldılması, işlərə daha keyfiyyətlə baxılmasının təmin edilməsi məqsədilə Fərmanla 200 əlavə hakim ştatı ayrılaraq məhkəmə korpusunun yüksək hazırlıqlı, innovasiyalara bələd və mənəvi keyfiyyətlərə malik hüquqşünaslarla komplektləşdirilməsi ilə bağlı ardıcıl tədbirlərin görüldüyü bildirilib. Qeyd olunub ki, hakimlərin seçimi davamlı xarakter alaraq 2021-ci ildə şəffaf seçimdən uğur qazanmış 44 nəfər dövlətimizin başçısının Sərəncamı ilə hakim vəzifələrinə təyin edilib, daha 125 namizəd isə müsabiqənin müxtəlif mərhələlərindədir.

Eyni zamanda, məhkəmə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində yeni bina və komplekslər inşa olunaraq yüksək texnoloji – “hi-tech” məhkəmələr yaradılıb. “Elektron məhkəmə”nin və onun tərkib hissəsi olan “Elektron icra” sisteminin tətbiqinin genişləndirilməsi və funksionallığının artırılması ədalət mühakiməsinin səmərəsini artırıb, şəffaflığı və operativliyi təmin etməklə, vətəndaşlara “şəxsi kabinet” vasitəsilə tərəf olduqları işlər, onların icrası üzrə görülən tədbirlər barədə məlumatları elektron qaydada əldə etmək, məhkəmə prosesində videokonfrans formatında iştirak etmək imkanı yaradıb.

Qeyd olunub ki, həyata keçirilən islahatların uğurlu nəticələri məhkəmə statistikasından da aydın görünür. Belə ki, mülki və kommersiya işləri üzrə məhkəmə qərarlarının sabitliyi 95-96 faiz həddinə çatır. Kassasiya instansiyasına – Ali Məhkəməyə iddiaçıların və ya cavabdehlərin təxminən 5-6 faizi müraciət edir. Bu nəticələr məhkəmələrə artan inamın, ictimai etimadın əyani təzahürüdür.

Çıxışlarda ədalət mühakiməsinin ayrılmaz tərkib hissəsi olan və icrası məcburi xarakter daşıyan məhkəmə qərarlarının və azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası işinin səmərəliliyinin artırılması ilə bağlı görülən tədbirlər barədə məlumat verilib. Bildirilib ki, nazirliyin icra xidmətinin icraatında böyük iş yükünün olması ilə əlaqədar qərarların icrası sahəsində işlərin yaxşılaşdırılması ilə bağlı ardıcıl təsirli tədbirlər görülür, qanunvericilik daim təkmilləşdirilir, o cümlədən icra sahəsində fəaliyyəti tənzimləyən normativ aktların sistemləşdirilməsi məqsədilə ilk dəfə olaraq İcra Məcəlləsinin layihəsi işlənib hazırlanıb. Bu sahədə görülən təsirli tədbirlər nəticəsində icrası təmin olunmuş icra işlərinin sayında artım müşahidə edilir. Cari ilin birinci yarısında icrası təmin olunan və davam etdirilən icra sənədlərinin sayı 13 faizdən çox artaraq 350 minə çatıb.

Bununla yanaşı, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının səmərəsi artırılıb. Həmin cəzaların icrasına effektiv nəzarətin həyata keçirilməsi məqsədilə elektron nəzarət vasitələrinin tətbiqi genişləndirilib. Hazırda 4200-ə yaxın məhkum elektron qolbaq daşıyır və onların üzərində dönmədən probasiya nəzarəti həyata keçirilir.

Maraqlı və işgüzar müzakirələrdə çıxış edən digər deputatlar, vətəndaş cəmiyyəti institutlarının rəhbərləri məhkəmə-hüquq sistemində həyata keçirilən tədbirləri, məhkəmə infrastrukturunun müasirləşdirilməsini, ədliyyə və məhkəmə sahəsində böyük ictimai əhəmiyyət kəsb edən rəqəmsal innovasiyaların geniş tətbiqini təqdir edib, bu sahədə yeniliklərin geniş ictimaiyyətə təqdim olunmasının əhəmiyyətini vurğulayıblar.

Çıxışlarda, həmçinin hakimlərin müstəqilliyinin və nüfuzunun möhkəmləndirilməsi, məhkəmələrə ictimai etimadın artırılması, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin edilməsi, tətbiq olunan elektron sistemlərdən vətəndaşların daha geniş bəhrələnməsi və digər məsələlərlə bağlı fikirlərini bölüşüb, konkret təkliflər səsləndiriblər.

İctimai təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb, qaldırılan suallar ətraflı cavablandırılıb.

Məhkəmə-hüquq sistemi müasir çağırışlara uyğun təkmilləşir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

Növbəti köç karvanı Füzuliyə çatıb

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq