ELM VƏ TƏHSİL


Məktəb direktorları ilə onlayn görüş

Bakı, 26 noyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bağlı tədris ocaqlarında həyata keçiriləcək maarifləndirici tədbirlərin müzakirəsinə dair onlayn görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, tədbirdə BŞTİ-nin müdir müavini İlhamə Abdullayeva ərazilərimizin işğaldan azad edilməsində xalqımızın və dövlətimizin əldə etdiyi nailiyyətlər, Azərbaycan Ordusunun şanlı Qələbəsi barədə məlumat verib. İ.Abdullayeva Təhsil Nazirliyinin təsdiq etdiyi tədbirlər planına və BŞTİ-nin müvafiq əmrinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərin tarixi və coğrafiyası, adət-ənənələri, tanınmış şəxsiyyətləri barədə məlumatların dərslərə inteqrasiyası, vətənpərvərlik mövzusunda təqdimatların, videoçarxların hazırlanması, gənclərin ordu sıralarında xidmətə mənəvi-psixoloji hazırlığı barədə fikirlərini bildirib. O, ümumi təhsil müəssisələrində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə apardığı daxili və xarici siyasəti, məktəblilərdə vətəndaşlıq mövqeyinin formalaşması barədə məktəb rəhbərlərinə müvafiq tövsiyə və təkliflər verib.

BŞTİ-nin sektor müdirləri Fuad Babayev və Bəşarət Məmmədov, ümumi təhsil sektorunun baş məsləhətçisi Afiq Əzizov müəyyən edilmiş tədbirlərin istiqamətləri barədə məlumat verib və bu məsələlərə yanaşmada təşəbbüskarlığın vacibliyini diqqətə çatdırıblar.

Görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə kütləvi informasiya vasitələrinə müsahibələrinin və bu müsahibələrdən irəli gələn müvafiq məsələlərin şagirdlərlə müzakirəsinin təşkili və digər təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda məktəb direktorlarını maraqlandıran suallar cavablandırılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.