ELM VƏ TƏHSİL
“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramına qeydiyyat başlayıb
Bakı, 19 fevral, AZƏRTAC
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri və məktəbəqədər müəssisələrdə çalışan tərbiyəçilər üçün “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda ixtisasartırma proqramına start verir.
TİPİİ-dən AZƏRTAC-a bildirilib ki, 36 akademik saatlıq proqramın ilk dərsi martın 1-də başlayacaq.
Təlim Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçiriləcək. Yekun qiymətləndirmədə iştirak edən müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikat veriləcək.
Qeydiyyat fevralın 27-nə qədər davam edəcək.