ELM VƏ TƏHSİL


Məktəblilər arasında keçirilən badminton yarışlarının qalibləri müəyyənləşib

Bakı, 27 iyun, AZƏRTAC 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən paytaxtda ümumtəhsil müəssisələrinin şagirdləri arasında badminton idman növü üzrə turnir keçirilib.

BŞTİ-dən AZƏRTAC-a bildiiblər ki, turnirdə şagirdlər komanda və fərdi şəkildə qalibiyyət uğrunda mübarizə aparıblar.

Qızlar və oğlanlar arasında təşkil olunan yarışda paytaxtın 12 inzibati rayonu üzrə hər məktəbdən iki komanda iştirak edib. Nəticələrə əsasən, 260 nömrəli tam orta məktəbin komandası birinci, 286 nömrəli tam orta məktəbin komandası ikinci, 260 nömrəli tam orta məktəbin komandası isə üçüncü yeri tutub.

Fərdi yarışlarda isə oğlanlar arasında 260 nömrəli tam orta məktəbin şagirdləri Aqil Qəbilov birinci, Vaqif İsmayılov ikinci, 286 nömrəli tam orta məktəbin şagirdi Kamran Əzizov üçüncü yerə layiq görülüb.

Qızlar arasında 286 nömrəli tam orta məktəbin şagirdi Xavər Bayramova birinci, 260 nömrəli tam orta məktəbin şagirdləri Nigar Səmədova ikinci, Sevil Salamova üçüncü yerə çıxıb.

Qalib komandalar və fərdi yarışlarda fərqlənən idmançılar müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.