İDMAN


Məktəblilər arasında respublika çempionatı start götürüb

Bakı, 2 oktyabr, AZƏRTAC

Məktəblilər arasında respublika çempionatının mərhələ yarışlarına start verilib.

AZƏRTAC xəbər verir ki, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman, Təhsil nazirliklərinin, Məktəb İdmanları Federasiyasının təşkilatçılığı ilə 2018-2019-cu tədris ili ərzində keçiriləcək yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumtəhsil müəssisələrinin şagirdləri şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-cu siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə iştirak edəcəklər.

Məktəb İdmanları Federasiyasının baş katibi Pərvin Mehdiyevin sözlərinə görə, voleybol və basketbol idman növləri üzrə keçirilən turnirlər məktəblərarası beynəlxalq yarışlara seçim xarakteri daşıyır: “Voleybol üzrə yarışda qalib məktəb komandası 2019-cu ildə Xorvatiyanın Poreç, qalib basketbol komandası isə Yunanıstanın Heraklion şəhərlərində keçiriləcək məktəblilərin dünya çempionatında ölkəmizi təmsil edəcək.

Məktəblər arasında respublika çempionatının keçirilməsində əsas məqsəd ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviliyinin daha da artırılması, məktəblərdə sağlam və fəal həyat tərzinin təşviqi, ümumtəhsil müəssisələrində şagirdlərin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi, Olimpiya İdman komplekslərindən və bazalarından səmərəli istifadənin təmin edilməsindən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.