ELM VƏ TƏHSİL


Məktəblilər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılırlar

Bakı, 2 noyabr, AZƏRTAC

Paytaxt məktəblərində narkomaniya və digər zərərli vərdişlərin fəsadları ilə bağlı şagirdlərin maarifləndirilməsi işi cari tədris ilində də davam etdirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində “Narkomaniya bəşəriyyətin bəlasıdır”, “Narkomaniya gəncliyimiz üçün böyük təhlükədir”, ”Siqaret sağlamlığa ziyandır” və digər mövzularda maarifləndirici tədbir, “dəyirmi masa”, konfrans, seminar, mühazirə, müsabiqə və sərgilər təşkil olunur.

Tədbirlərdə şagirdlər, müəllimlər, valideynlər, müvafiq dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları belə neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdır.

Tədbirlərdə narkomaniya və digər zərərli vərdişlərin yaratdığı fəsadlardan danışılır. Şagirdlərə belə vərdişlərdən uzaq durmaq, savadlı, vətənpərvər olmaq, sağlamlıqlarını qorumaq barədə tövsiyələr verilir. Ölkədə narkomaniya və digər zərərli vərdişlərə qarşı aparılan mübarizə tədbirlərindən bəhs olunur. Müvafiq məsələlərə dair fikir və təkliflər irəli sürülür, şagirdlərin sualları cavablandırılır, müzakirələr aparılır.

Həmçinin narkomaniya və digər zərərli vərdişlərin fəsadlarına dair ədəbi-bədii kompozisiyalar təqdim edilir, sənədli filmlər, videoçarxlar nümayiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.