SİYASƏT


Məktəblilərin iştirakı ilə hərbi hissədə tədbir keçirilib

Bakı, 22 oktyabr, AZƏRTAC 

Xocavənd rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə hərbi hissədə tədbir keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Qonaqlara hərbi hissənin yaranması tarixi, döyüş yolu və fəaliyyəti ilə bağlı məlumat verilib, arsenaldakı silah-sursatlar nümayiş etdirilib.

Şagirdlər hərbi hissənin ərazisi, əsgər yataqxanası, tibb məntəqəsi, idman şəhərciyi, hamam-camaşırxana və əsgər yeməkxanası ilə tanış olub, hərbi qulluqçularla birgə nahar ediblər.

Tədbir Xocavənd rayon Mədəniyyət evinin incəsənət ustalarının və hərbi hissənin özfəaliyyət dərnəyinin ifasında vətənpərvərlik mövzusunda konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.